• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 809
— 29.03.2017 13:10

Külli miqdarda aksiz markasız siqaretlərin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Gömrükçülərin sayıqlığı nəticəsində külli miqdarda aksiz markasız siqaretlərin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatını satma, satış məqsədi ilə saxlama barədə əməliyyat məlumatı daxil olub. Dərhal yaradılan əməliyyat qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində Ələt-Astara yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində Azərbaycan vətəndaşı Rahid Abbasovun idarə etdiyi "Hyundai Elantra" markalı minik avtomobili saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 50 min ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı