• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1256
— 29.03.2017 13:10

17 yaşlı oğlanı maşın vurdu

KepezTV Player

Bərdədə baş verən yol qəzasında 17 yaşlı oğlan xəsarət alıb. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Rayon sakini İlqar Məmmədovu yolu keçmək istəyərkən "VAZ-2107" markalı avtomobillə vurulub. Sürücü hadisə yerindən qaçıb. Yaralı isə ətrafdakıların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir. Qəzanı törədən sürücünün tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirilir.

Zülfiyyə Telmanqızı