• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1324
— 28.03.2017 18:15

Qazaxda qadını avtomobil vurdu

Qazaxın Birinci Şıxlı kəndində ağır yol qəzası olub. Kənd sakini, 39 yaşlı Yeganə Əhmədovanı yolu keçmək istəyən zaman  avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya sağ təpə nahiyəsinin yumşaq toxumasının əzilməsi, sağ incik sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

 

Vüsalə Camal