• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1051
— 28.03.2017 13:49

Triatlonçumuz fəxri kürsünün ilk pilləsində

Triatlon üzrə Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilmiş Avropa Kubokunun qalibi olub. Ukrayna əsilli 30 yaşlı idmançı bu qələbə sayəsində aktivinə reytinq balları yazdırıb. Pevtsov 1,5 km-lik su məsafəsini 18 dəqiqə 40 saniyəyə, 40 km-lik velodistansiyanı 1 saat 9 saniyəyə, 10 km-lik qaçış zolağını isə 30 dəqiqə 45 saniyəyə qət edərək, ümumi hesablamada 1 saat 50 dəqiqə 42 saniyə vaxt göstəricisi ilə qızıl medala sahib çıxıb. Bu, triatlon üzrə Azərbaycan milli komandasının 2017-ci ildə əldə etdiyi ilk medal olub.

 

 

Orxan Cəfərzadə