• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1294
— 28.03.2017 12:26

İstifadəsiz tövlədə 200-ə yaxın ot bağlaması yandı

KepezTV Player

İsmayıllı rayonunun Aşağıbaş kəndində yanğın olub. Kənd sakini Təvəkkül Ağayevə məxsus həyətyanı sahədə yerləşən ümumi sahəsi 85 m² olan tövlənin yanar konstruksiyaları və 200-ə yaxın ot bağlaması yanıb. Hadisə yerinə İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı alovun qonşunun fərdi yaşayış evinə keçməsi təhlükəsi olsa da, mənzil yanğından mühafizə edilib. Yaşayış olmayan evin istifadəsiz tövləsində yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. 

Zülfiyyə Telmanqızı