• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 682
— 28.03.2017 11:55

Güclü külək Şəmkirdə istixanaları yararsız hala salıb

KepezTV Player

Bu gecə Qərb bölgəsində müşahidə olunan küləkli hava rayonun Muxtariyyə kəndində bostan bitkilərinin becərildiyi istixanalara ziyan vurub. Hələlik dəyən ziyanın miqdarı məlum deyil. Rayon Fövqəladə Hallar Komissiyası dəyən ziyanın miqdarını müəyyənləşdirir. Bundan başqa güclü külək səbəbindən rayonun elektrik təsərrüfatında da bir sıra fəsadlar yaranıb. Bəzi kəndlərə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Görülən qabaqlayıcı tədbirlər nəticəsində səhər saatlarında elektrik enerjisinin verilişi tam bərpa olunub. Şəmkir Elektrik Şəbəkəsindən verilən məlumata görə, hazırda bütün kəndlər tam olaraq elektrik enerjisi ilə təmin olunub, küləyin fəsadları aradan qaldırılıb.

Ramin Musayev- sakin: "Saat gecə 2-3 olardı. Möhkəm külək qalxdı. Külək istixanaları dağıtdı. Camaata xeyli ziyan dəydi".

Nicat Səfərov- sakin: "Saat axşam 7-8 radələrində külək yavaş-yavaş əsməyə başladı. Düz səhərə qədər getdikcə gücləndi. Gördüyünüz kimi bütün istixanaları dağıdıb".

Natiq Hüseyn