• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2229
— 28.03.2017 10:03

Bugatti Chiron 0-dan 351 km/saatadək sürəti 21 saniyəyə yığdı

Böyük Brintaniyanın Evo jurnalı Bugatti Chiron hiperkarının sınaq videoçarxını paylaşıb. Görüntülərdən aydın olur ki, avtomobil sıfırdan 351 km/saat sürəti cəmi 21,51 saniyəyə yerinə yetirir. Rəsmi xarakteristikaya əsasən, 1500 at güclü “Şiron” 0-dan “yüzü” 2,5 saniyəyə, 200-i 6,5, 300-ü isə 13,6 saniyəyə yığır. Saatda 420 kilometr isə onun maksimal sürətidir. 400-ə çatmaq üçün maşına 1 dəqiqə kifayət edir. Hiperkar 4 turbinli səkkiz litrlik W16 mühərriki və yeddi pilləli robotlaşdırılmış sürət qutusu ilə təchiz olunub. Son məlumatlara görə, Bugatti 500 ədədlik yeni modelinin yarısını satıb. Bu, premyeradan bir il son baş verib.

 

Cavanşir Məmmədzadə