• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 860
— 28.03.2017 00:49

Tovuzda güclü külək yanğına səbəb olub

KepezTV Player

Tovuzda yanğın faktı qeyde alınıb. Hadisə rayonun Sadəddin Məmmədov küçəsi, 3 ünvanında yaşayan Elmira Məmmədovaya məxsus yardımçı tikilidə baş verib.

Alov gücləndiyindən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikası cəlb olunub. Nəticədə yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının güclü külək nəticəsində elektrik naqillərində yaranan qısqapanmadan olduğu bildirilir. Həmçinin güclü külək rayonda digər fəsadlar da törədib.