• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1984
— 28.03.2017 00:00

Canavarlar kəndə hücum etdilər

KepezTV Player

Canavarlar Zərdabın Bıçaqçı kəndinə hücum edib. Yırtıcılar iki fərdi təsərrüfata ziyan vurub. Öncə kənd sakini Kamran Musayevin təsərrüfatına soxulan canavarlar xırdabuynuzlu heyvanların 3-nü parçalayaraq tələf edib, 33-nü yaralayıb, 7-sini isə aparıb. Zərərçəkənin sözlərinə görə, təsərrüfatına ümumilikdə 5 min manatdan çox ziyan dəyib. Vəhşi heyvanlar Bıçaqçının digər sakini Kazım Məhəmməd oğlu İbrahimovun da təsərrüfatına soxulublar. Bir qoyunu tələf edib, birini isə yaralayıblar. Kənd sakinləri bununla əlaqədar rayon baytarlıq idarəsinə məlumat verib. Yaralı heyvanlar nəzarətə götürülüb. Qalanlara isə quduzluq əleyhinə vaksinlər vurulub.
Son 20 gün ərzində canavarlar təkcə Bıçaqçı kəndində 35 baş xırdabuynuzlu heyvanı parçalayaraq tələf edib. 50-dən çox heyvanı yaralayıb, 20-sini isə aparıblar.