• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2003
— 27.03.2017 13:43

Superliqa başa çatır

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2016/2017 mövsümünə yekun vurulacaq. Çempionatın son oyun günündə 2 qarşılaşma baş tutacaq.

Öncə meydana "Lokomotiv"lə "Telekom" çıxacaq. Ardınca isə "Azərreyl" Voleybol Bazası "Azəryol" və "Azərreyl" komandalarının ixtiyarına veriləcək.

Ölkə birinciliyinin qalibi sonuncu turda bəlli olacaq.

27 mart
16:00. "Lokomotiv" - "Telekom"
"Azərreyl" Voleybol Bazası
 
I dövrə: "Telekom" - "Lokomotiv" - 3:0 (25:15; 25:11; 25:19)
II dövrə: "Lokomotiv" - "Telekom" - 1:3 (25:23, 19:25, 20:25, 13:25)
III dövrə: "Telekom" - "Lokomotiv" - 3:0 (25:15, 25:10, 25:19)
 
 18:00. "Azərreyl" - "Azəryol"
"Azərreyl" Voleybol Bazası
 
I dövrə: "Azəryol" - "Azərreyl" - 2:3 (14:25; 25:19; 10:25; 28:26; 16:18)
II dövrə: "Azərreyl" - "Azəryol" - 3:0 (25:22, 29:27, 25:20)
III dövrə: "Azəryol" - "Azərreyl" - 0:3 (19:25, 13:25, 21:25)

 

Orxan Cəfərzadə