• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1005
— 27.03.2017 10:58

Nissan Micra xüsusi versiyada

Nissan Micra avtomobilinin xüsusi versiyası peyda olub. Avtomobil BOSE şirkəti ilə birgə işıq üzü görüb. Yenilik məhdud sayda buraxılacaq, Avropada bazara ondan cəmi 3000 ədəd çıxarılması planlaşdırılır. BOSE Personal Edition modifikasiyası bir neçə vacib əlavələr əldə edən Tekna komplektasiyasında bazalaşdırılır. Yeniliyi sürücü oturacağının başlığı altında yerləşdirilən BOSE Personal audiosistemi ilə təmin ediblər. Avtomobil Enigma Black ya da Gunmetal Grey rənglərindən biri ilə boyana bilər. Maşın baş optika, dam və kapotda qara və narıncı işləmələr, eləcə də 17 düymlük təkər diskləri ilə seçilir. Sürücü üçün NissanConnect əyləncəli informasiya sistemi, peyk naviqasiyası və Nissan Intelligent Key sistemi əlçatandır. Yeni Nissan Micra təcili əyləc sistemi, piyadaların hərəkətini müəyyən edən funksiya, yol nişanlarını tanıyan sistem və hərəkəti zolaqlar çərçivəsində saxlayan funksiya ilə komplektləşdirilib. Heçbek 3 və 4 silindrli 0,9 və 1,6 litr həcmli motorlardan biri ilə təchiz olunur. Motor qammasına litr yarımlıq dizel də daxildir. 6 pilləli mexaniki sürət qutusudan başqa, Micra variatora da sahibdir.

Cavanşir Məmmədzadə