• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1862
— 27.03.2017 10:57

Sinqapurlular ultrasürətli superkar hazırladılar

Sinqapurun Vanda Electrics şirkəti Dendrobium adlı konseptual hiperkar sərgiləyib. Maraq çox olarsa, gələcəkdə model seriyalı versiya əldə edə bilər. Prototip üçün “yaşıl işıq yandığı” təqdirdə o, 2020-ci ildə istehsal olunacaq. Avtomobilin ərsəyə gəlməsində Williams Advanced Engineering şirkətinin mühəndisləri də əziyyət çəkiblər. Maşın elektrik güc sistemi əldə edib, amma ətraflı məlumatlar sirr saxlanılır. Bilinən odur ki, hiperkar 100 km/saat sürəti 2,7 saniyəyə yerinə yetirir. Maksimal sürət isə saatda 320 kilometr təşkil edir. Avtomobilin kuzovu mürəkkəb materiallardan düzəldilib. 1720 kiloqramlıq yeni model açılan dam, arxanı göstərən güzgülərin yerinə kameralar və yuxarıya açılan qapılar əldə edib. Salonda iki monitoru olan multimedia sistemi və dəridən oturacaqlar quraşdırılıb. Prototip həmçinin keramik əyləc, 20 düymlük ön və 21 düymlük arxa disklər qazanıb.


Cavanşir Məmmədzadə