• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1417
— 27.03.2017 10:56

Dezinfeksiyaedici funksiyaya malik çantaların istehsalına başlanılır

Amerikanın Paqsule adlı startapı Kisckstarter kraudfandinq saytında eyni adlı idman çantalarının istehsalı üçün uğurla maddi vəsait yığıb. Bu çantaların özəlliyi onlara yerləşdirilən əşyaları dezinfeksiya və dezodorasiya etmək funksiyasıdır. Su keçirməz parçadan hazırlanan yeni məhsul ilk növbədə idman həvəskarları üçün nəzərdə tutulub. Çantanın içərisində yerləşdirilən kompakt qurğu paltar və ayaqqabılarda olan ultrabənövşəyi bakteriyaları məhv edir, ozon isə onları təravətləndirir. 15, 25 və ya 35 dəqiqə davam edən proses, qurğunun özündəki düymə vasitəsilə, ya da mobil telefona yüklənmiş proqramın köməyilə işə düşür. İstehsalçılar inandırmağa çalışırlar ki, bu kimyəvi maddə içki və qidalara mənfi təsir göstərmir. Daxili akkumulyator dezinfeksiyaedici qurğuya 72 saat işləməyə imkan verir. Ümumiyyətlə, batareya 10 min saat işləmək qabiliyyətindədir. Bundan başqa, ondan smartfona şarj yığmaq üçün də yararlanmaq olar. Paqsule çantasını təyyarənin göyərtəsində də özünüzlə götürə bilərsiz. Onun smartfon, noutbuk kimi cihazları yerləşdirmək üçün cibləri də var. Çantanın çatışmazlığı isə çəkisinin nisbətən ağır – 1,8 kiloqram olmasıdır. Məhsulun kütləvi istehsalı üçün 25 min dollar tələb olunduğu halda, artıq 35 min dollardan çox vəsait yığılıb. Onu indi sifariş etsəniz, 229 dollar ödəyəcəksiniz. Bazara çıxdıqdan sonra isə qiymət 349 dollar olacaq. Çatdırılmalar iyundan başlayacaq.

Cavanşir Məmmədzadə