• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1313
— 16.03.2017 12:30

Məktəblilər yenidən "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyalara qoşulub

KepezTV Player

Novruz bayramı ilə əlaqədar elan edilən qeyri-iş günlərindən maksimum yararlanması üçün məktəblilər yenidən "Ölkəmizi tanıyaq” layihəsinə cəlb edilib. Tur-aksiyaya qoşulan Gəncə məktəbliləri ölkənin şimal-qərb regionuna, həmin regiondan olanlar isə aranlı şagirdlərlə birgə Nizami yurduna səfəri başlayıb. 

Gəncənin müxtəlif orta məktəblərindən olan 40 şagirdin qarşıdakı 3 gün ərzində Şəki, Zaqatala və Qəbələ rayonlarının gəzməli-görməli və tarixi yerlərinə ekskursiya edəcək. Bu məktəblilərə bölgəylə tanışlıq imkanı, əldə edilən məlumatların möhkəmləndirilməsi, həmçinin həmyaşıdları ilə əlaqələr qurmaq imkanı da yaradacaq. Zəfər Tağının qarşısında təşkil edilən yolasalma mərasimi zamanı məktəblilərə tur-aksiyadan səmərəli yararlanmaq tövsiyyə edilib.  

Rübabə Əliyeva- aksiya iştirakçısı: “Biz 2016 Avropa Gənclər Paytaxtı olan Gəncədən, ölkəmizin ən gözəl güşələrindən olan Zaqatala, Şəki, Qəbələ istiqamətinə yola düşürük. Biz bu layihənin təşkil edilməsində bütün əməyikeçən şəxslərə və başda ölkə prezidenti İlham Əliyevə öz minnətdarlığımızı bildiririk”.

Nail Musazadə- aksiya iştirakçısı: “Ölkəmizi tanıyaq layihəsi çərçivəsində 3 gün ərzində Zaqatala, Qəbələ və Şəki rayonlarında olacağıq. Oranın gözəllikləri ilə tanış olub, gəzməli görməli yerlərində şagirdlərlə birlikdə ekskursiyalar keçirəcəyik. Biz sevinirik ki, bu aksiyada iştirak edirik”.

Şimal-qərb və aran regionlarından olan məktəblilər isə Gəncədə qonaqdır. Ucar, Kürdəmir, Saatlı, Sabirabad, Balakən, Zaqatala, Qax rayonlarından olan 280 məktəbli 3 gün müddətinə Gəncə və ətraf rayonların mədəni-tarixi və görməli yerləri ilə tanış olmaq imkanı əldə edib. 

Afaq Qurbanova- aksiya iştiakçısı: “Ölkəmizi tanıyaq layihəsi bzi çox sevindirir. Burada iştirak etmək bizim üçün bir fəxrdir. Buraya biz ilk dəfədir gəlirik. Buradakı maraqlı məlumatları gedib dostlarımıza çatdıracağıq. Bunun təşkilində əməyi keçən hər kəsə təşəkkür edirik”.

Rüfət Əkbərov-  aksiya iştiakçısı: “Mənim bu layihə haqqında fikirlərim çox müsbətdir. Çünki bu layihə çərçivəsində Azərbaycanın dilbər güşələrinə səyyahət edə bilirik. Şagirdlərə həmin bölgənin tarixini mədəniyyətini yaxından öyrənməyə imkan verir”.

Gəncə ilə tanışlıqdan sonra məktəblilər Şəmkir rayonuna yola düşəcəklər.

 

Xaliq Qurbanlı