• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1610
— 15.03.2017 17:06

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ərazi təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

KepezTV Player

Gəncə Dövlət Universiteti ərazi ilk partiya təşkilatında keçirilən yığıncaqda 1994-cü ildə yaradılan təşkilatın Gəncədə ən böyük ərazi ilk partiya təşkilatlarından olduğuna diqqət çəkilib. 857 nəfər professor-müəllim, tədris-köməkçi və texniki işçi, 3723 nəfər isə tələbə üzvü ilə təşkilat Gəncədə sürətli inkişaf, bütün sahələrdə irimiqyaslı layihələrin həyata keçirilməsi, insanların, xüsusən gənclərin fəallığının artması, təhsilin keyfiyyəti, kollektivdə ideya-siyasi səviyyənin yüksəlməsində mühüm rol oynayır. Çıxışlarda hesabat dövrü ərzində təşkilatın səmərəli fəaliyyət göstərdiyi, partiyanın sıralarının könüllülük prinsipi əsasında, daha çox intellektual səviyyəli gənclərin hesabına gündən-günə artdığı, gənclərin vətənpərvərlik mövzusunda silsilə tədbirlərdə iştirakına diqqət çəkilib. 

Elton Cabbarlı