• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1717
— 15.03.2017 14:19

Bu il fermerlər subsidiyalarını məhsul yığımı zamanı alacaqlar

KepezTV Player

Göygöldə bu il 26 ərazi kənd komissiyası üzrə 1205 istehsalçı əkdiyi məhsula görə dövlət tərəfindən subsidiya alacaq. Artıq bununla bağlı sənədləşmə işlərinə başlanılıb. Fermerlər subsidiyalarını məhsul yığımı zamanı alacaq.

Fermerlər tabeliyində olan pay torpaqlarını, eləcə də icarə götürdüyü torpaqları təyinatı üzrə istifadə etdiyi halda dövlətdən subsidiya ala bilər. Dövlət tərəfindən əvəzsiz verilən maliyyə vəsaitindən yararlanmaq üçün kənd təsərrüfatı mütəxəssisləri yerində yoxlamalar aparır və fermerin nə qədər sahədə nə kimi əkdiyi bitki barədə məlumatlar elektron bazaya daxil edilir.

Mehman Mehdiyev -Göygöl rayon Kənd Təsərrüfatı İdarəsinin baş mütəxəsisi: “İlkin torpağın mülkiyyətinə görə dövlət aktları, istehsalçının şəxsiyyət vəsiqəsi, hesab nömrəsi və apardığı əkinlərin növünü müəyyən edən ərizəyə əlavə edən sənədlər. Bütün sənədləşmə işləri başa çatdıqdan sonra yoxlama prosesi başa çatdıqdan və Respublika komissiyası təsdiq etdikdən sonra dövlət tərəfindən büdcədən pul ayrılır. Hər bir hektara 50 manat yanacaq və motor yağlarına görə, buğda, çəltik, pambıq və tütün əkininə görə 40 manat dövlət tərəfindən əlavə ödəniş verilir”.

Uzun illərdir bu imkandan yararlanan təsərrüfatçılardan biri də Aydın Cəfərovdur. O, ötən il əkdiyi 327 ha-dakı taxıla görə 10 min 700 manat subsidiya alıb. Fermer bol məhsul əldə etdiyi üçün bu il əkin sahəsini artıraraq 546 ha çatdırıb.

Aydın Cəfərov -fermer: “Dövlət tərəfindən subsidiyalar vaxtlı vaxtında verilir, heç bir narahatçılıq yoxdu. Alırıq, istifadə də edirik. 90 manat buğdaya, 50 manat isə arpaya verilir. Mənim təsərrüfatımda toxumçuluqdu. Qaimə, cədvəl tutulur, yekunlaşandan sonra veririk icra hakimyyətinə, onlar da Bakıya göndərirlər. 10 günə kimi də kart vasitəsi ilə pulumuzu ödəyirlər”.

Göygöl rayonunda ümumilikdə bu il 1200-dən artıq fermer dövlət tərəfindən verilən maliyyə vəsaitindən yararlanacaq. Təsərrüfatçıların sənədlərin hər hansı bir problem yaranmayacağı təqdirdə onlara may ayından başlayaraq əkdiyi torpağın hektarına görə subsidiya veriləcək.
 

Elnur Vahidoğlu