• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1362
— 14.03.2017 10:01

Restoranda burgerlər hazırlayan robot peyda oldu

Kaliforniya ştatının Pasadena şəhərində yerləşən CaliBurger restoranlarından birində burger hazırlayan robot peyda olub. Burgerləri avtomatik şəkildə hazırlayan robot Flippy adlanır və Miso Robotics şirkətinə məxsusdur. O, özündə Petri fincanını xatırladan manipulyatoru birləşdirir. Görmə qabiliyyəti sayəsində robot qızarma səthində müxtəlif obyektləri: mal ətindən kotleti, toyuq ətini, pendir və burger üçün bulkaları müəyyən edə bilir. Robot, kotletin hər iki tərəfini qızartdıqdan sonra onu bulkanın içərisinə yerləşdirir. Flippy hələlik bir restoranda işləyir, ancaq CaliBurger restoranlar şəbəkəsi bu tip qurğudan digər restoranlarda da yerləşdirməyi nəzərdə  tutub. Plana görə 2019-cu ilin sonuna qədər bu tip robot-köməkçidən 50 restoranda yerləşdiriləcək.

 

Cavanşir Məmmədzadə