• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 13.03.2017 12:38

Metroda cibgirliklə məşğul olanlar saxlanıldı

KepezTV Player

Metropolitendə polis şöbəsinin əməkdaşları cibgirliklə məşğul olan 2 nəfəri yaxalayıblar. Əvvəllər dəfələrlə məhkum olunmuş, əslən Gədəbəy rayonundan olan Sumqayıt şəhər sakini 38 yaşlı Nazim Tağıyev Bakı Metropoliteninin Nizami stansiyasında Ağsu rayon sakini Camo Qəniyevin mobil telefonunu cibgirlik yolu ilə oğurlayarkən platformada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin faktla əlaqədar şübhəli bilinən Sumqayıt şəhər sakini 35 yaşlı Rüfət Baxşıyev də tutularaq istintaqa təhvil verilib. Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Zülfiyyə Telmanqızı