Bu günə xəbərlərin oxunma sayı: 666
—
10.03.2017 21:14
Gədəbəydə ev yanıb

Gədəbəydə yanğın qeydə alınıb. Rayonun Kiçik Qaramurad kəndində, vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Elton Cabbarlı
- Baxış: 674