• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2347
— 08.03.2017 15:53

Xüsusi olaraq qadınlar üçün..

KepezTV Player

Qadın həyatın bütün mərhələlərində kişinin xilaskarıdır. Bunu biz demirik, Vissarion Belinski deyib. Ən gözəl hədiyyəsi azadlığının, arzularının zəncirlənməməsi olan, bəşəriyyəti yüksəldən varlığın tərənnümünü elə kişilərin dilindən eşidək.

Bir az düşündüm... Bir az yox, əslində çox düşündüm... Qadını vəsf edəcək sözlər axtardım... axtardım... axtardım... amma... cümlə halını alan bütün fikirlər "qadın" kəliməsi yanında sönük qaldı... Qadının özü tərifdir əslində... varlığı möcüzədir... Bu dünya qadın var deyə gözəldir... Qadın var deyə özəldir... Zərifdir qadın, amma ən ağır yükü daşıya biləcək qədər də dözümlüdür... Dünyanı idarə edə biləcək qədər güclü, amma özünü ailəsinə və sevdiklərinə həsr edəcək qədədər fədakardır qadın... Səbirlidir qadın... Həyatın ən çətin anında belə ümidini itirməyəcək qədər səbirlidir... Həyatın gözəlliklərini gözlərinə sığdıran kiçik bir qızcığazdır qadın... Bəzən vaxtsız böyüyən, bəzən də vaxtsız qocalan... Ən sərt yoxuşlarda, ən sərt döngələrdə dik dayanmağı bacarandır qadın... Arxa, dayaq olmağı, "həyatda yoldaş olmağı"ən yaxşı biləndir qadın... və ən nəhayətində ayaqlarının altına cənnət səriləndir qadın... Anadır qadın... "Hər bacarıqlı kişinin arxasında bir qadın dayanır" deyirlər... Biz qadın kişinin arxasında yox, yanında dayansın deyə mübarizə aparırıq... Çünki bilirik... bir xanıma ən gözəl bir bəyin sol yanı yaraşır... Sevin və sevilin gözəl xanımlar... ən əsası öz dəyərinizi bilin... Qadın olmağın önəmini, vacibliyini hiss edin və çünki... sürüklənən bəşəriyyət ancaq və ancaq qadınla yüksələcək...