• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1756
— 08.03.2017 16:04

Bayramı iş başında qeyd edən xanımlar...

KepezTV Player

Rabitəçi, tibb işçisi, poçt işçisi. Bu siyahını böyütmək də mümkündür. Onlar bu ilki 8 Martın növbədə olan xanımlarıdır. Öz peşələrinə, vəzifələrinə uyğun əhaliyə xidmət edirlər.

Məlahət Əsgərova- Gəncə Telekomnikasiya İdarəsinin mühəndisi: “Bu gün bayram olmasına baxmayaraq iş yerimizdə vəzifəmizi yerinə yetiririk. Hazırda Gəncə Telekomnikasiya İdarəsinin Şəhərlər arası ATS stansiyasında şəhər daxili və xarici rabitəyə nəzarət edirik. Əhaliyə də xidmət etməkdən zövq alırıq. Bu stansiyada işləyən bütün işçilər keyfiyyətli rabitə xidməti göstərməklə qurur duyur”.

Rabitə sahəsində 32 illik fəaliyyətinin 16-cı 8 martını Məlahət Əsgərova iş başında keçirir. Şəhərdəki 15 ATS üzrə növbədə olan 50 xanım əməkdaş kimi. Bayram günü iş başında olan həm də poçtamtda çalışan xanımlardır. Bu gün 22 poçt şöbəsi üzrə 80-ə

yaxın xanım saat 9-dan əhaliyə xidmət göstərir. Eləcə də Gəncə poçtamtının təcrübəli əməkdaşlarından sayılan

Nurlana Mirzəyeva - Gəncə Poçtamtının Müştəri Xidmətləri şöbəsinin əməliyyatçısı –“Mən 33 ildir ki, Gəncə Poçtunda əməliyyatçı vəzifəsində işləyirəm. 33 ilində 20 ilə yaxınını 8 mart qadınlar bayramında iş başında olmuşam. Müştərilərə xidmət edirik, onların müraciətini yerinə yetiririk. Bütün müştərilər bizi təbrik edir, biz də sevinirik”.

Şahbaz Əliyev - müştəri: “Xanımların hamısını təbrik edirəm. O, cümlədən də Gəncə şəhərinin Mərkəzi poçtunda işləyən bu gözəl xanımları. Görürsü bu əziz gündə onlar yenə də iş başındadır”.

Heyətinin əksəriyyətini xanımlar təşkil edən şəhərin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının xanım tibb işçiləri isə əhalinin sağlamlığının keşiyindədir bu gün. Stansiyanın 60 xanım əməkdaşı iş yerlərindədir. 32 ildir həkim işləyən Gülnarə Həşimova deyir ki, bu müddətdə qeyri-adi təbriklər daha çox eşidib.

Gülnarə Həşimova - Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi: “Bir nəfər bizim xroniki xətəmiz var idi, o mütamadi olaraq bizi çağırırdı.Həmişədə gedib ona xidmət göstərirdik. O da bizi qiymətləndirmək üçün həmin gün çağırış verdi. Gedəndə gördük ki, bu dəfə yardım üçün yox təbrik üçün çağırıb”.

Bu gün iş başında olanlar həm də digər peşələr üzrə çalışan xanımlardır. Hansı ki, 8 mart təbriklərini iş başında qəbul edir.
 

Elnur Vahidoğlu