• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2289
— 08.03.2017 13:29

Şəmkir və Göygölün fəallığı ilə seçilən qadınları mükafatlandırıldılar

KepezTV Player

Qadınların rolu rayonların da həyatında mühümdür. Həm ictimai həyatda, həm də ailədə Şəmkir və Göygöllü qadınların rolu mühümdür. Fəallığı ilə seçilən qadınlar mükafatlandırılması bunu bir daha təsdiqləyir.

Şəmkirdə rayon əhalisinin 51 faizini təşkil edən qadınlar dövlətin qayğısı ilə əhatə olunub. Rayonda 8 əməkdar müəllim və "Tərəqqi" medallı 4 nəfər zərif cinsin təmsilçiləridir. Onların sırasında ilin müəllimi müsabiqəsinin qalibləri də var. Şəmkirdə 5 bələdiyyəyə, 3 kənd icra nümayəndələyinə rəhbərlik də qadın tərəfindən həyata keçirilir. 8 mart münasibətiylə təşkil edilən tədbirdə təhsil və səhiyyə sistemində, dövlət qulluğunda çalışanların sırasında qadınların olması ölkədə gender bərabərliyinin təmini kimi qiymətləndirilib. Rayonun sosial-iqtisadi-mədəni həyatında fərqlənən, eləcə də torpaqlarımızın azadlığı uğrunda cəbhədə hərbçilərlə birgə xidmət aparan qadınlardan bir qrupuna fəxri fərman və hədiyyələr təqdim olunub.

Göygöl rayonunda da fəal qadınlar mükafatlandırılıb. Sosial, iqtisadi, mədəni həyatda fərqləndiklərinə görə onlara fəxri fərmanlar təqdim olunub. Qadınların cəmiyyətdə rolu, onlara göstərilən etimad, rayon qadınlarının çalışdıqları sahələrdə əldə edilən uğurlar önə çəkilib. 15 məktəb direktoru, bir neçə dövlət müəssisəsinə rəhbərlik zərif cinsin nümayəndələrinə həvalə edilib. Son illər ərzində 3 qadın əməkdar müəllim, daha bir nəfər isə "Tərəqqi" medalına layiq görülüb. Bayram tədbiri musiqili- əyləncəli proqramla davam edib.

 

Natiq Hüseyn