Təhsil-təcrübə şəraiti və müasir laboratoriyalarla təchiz olunan ali təhsil müəssisəsində yüksək səviyyəli kadr hazırlığına diqqət çəkən Muhəmməd Babados aqrar sahədə çalışan alimlərin, fermerlərin, torpaq mülkiyyətçilərinin və iş adamlarının bundan yararlanmasının önəminə diqqət çəkib.
Açıq tarla şəkilində məhsul yetişdirməyin ekoloji tarazlığın pozulması nəticəsində çətinləşməsi, iqlim dəyişiklikləri, qəfil xəstəliklərin fermerləri saldığı çıxılmaz vəziyyət. ABŞ İllinoys Universitetinin professoru Muhəmməd Babadost bunların qarşısının elmi şəkildə alına biləcəyi, bu baxımdan torpaq mülkiyyətçisinin və alimlərin üzərinə düşən vacib amilləri sadalıyıb.
Qərb bölgəsindən 40-dan çox təsərrüfatçının qatıldığı seminarda bitkilərdə xəstəlik törədici göbələk, bakteriya və virusların müəyyənləşdirilməsi və onlara qarşı mübarizə tədbirlərinin hazırlanması məqsədilə universitetdəki diaqnostika laboratoriyasının önəminə toxunulub. Bundan təcürübə məqsədiylə tələbələr eləcə də fermerlər də yararlana bilər.
Seminarda bitki mühafizəsi üzrə kadr hazırlığı, təcrübə, tədris proqramının beynəlxalq standartlara uyğunlaşdırılması və aparıcı aqrar yönümlü xarici ali təhsil müəssisələrinin proqramları ilə unifikasiyası, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması məsələləri də müzakirə edilib. Muhəmməd Babadost bölgənin bitkiçiliklə məşğul olan təsərrüfatlarında etdiyi müşahidələrlə bağlı elmi və təcrübi məsləhətlər verib.
Gülnar Fazilqızı
- Baxış: 402