• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 965
— 06.03.2017 14:15

Yaponiyalı səfir bölgələrə səfəri çərçivəsində son səfərini Şəmkirə edib

KepezTV Player

Azərbaycanda səlahiyyət müddəti başa çatan yaponiyalı səfir Tsuquo Takahaşı son akkordları Şəmkirdə vurub. Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində qərb bölgəsinin 4 rayonunda su təchizatının yaxşılaşdırılması və tibb məntəqəsinin tikintisi üçün qrant müqavilələri imzalanıb. Şəmkirin Atabəy, Ağstafanın Saloğlu və Gədəbəyin Dəyirmandağ kəndlərinində tibb məntəqələri, Şəmkirin Dəllər qəsəbəsində və Daşkəsən rayonunun Yuxarı Daşkəsən kəndində isə su təchizatı sisteminin tikintisinə ümumilikdə 414 min 798 ABŞ dolları xərclənəcək. İmzalanan qrant müqaviləsinin məqsədi əhalinin yaşayış standartlarının yaxşılaşdırılması və sosial problemlərinin həllinə yardımçı olmaqdır. Bu vaxta qədər qeyd olunan layihələr də daxil olmaqla Daşkəsəndə və Ağstafada 4, Gədəbəy və Şəmkirdə isə 12 qrant müqaviləsi imzalanıb.

Tsuquo Takahaşı- Yaponiyanın Azərbaycandakı səfiri: “ Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilir. Hazırkı layihə ilə bərabər bu vaxta qədər layihələr üzrə imzalanan müqavilələrin  sayı 222 və ümumi dəyəri isə  18,950,433 ABŞ dolları təşkil edir. Mənim səfir kimi müddətim bu ayın 10-da başa çatır. Çox şadam ki, son səfərimi Şəmkir rayonuna etdim. Bu rayonda ötən il də mart ayında olmuşdum. Xalqınızın ən əziz bayramını birgə qeyd etmək mənim üçün çox xoş idi. İnanıram ki, bundan sonra da iki dövlət arasında qarşılıqlı münasibətlər uğurla davam edəcək”.

 

Natiq Hüseyn