• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1541
— 04.03.2017 09:59

Şəmkirdə avtomobil kanala düşdü, sürücü dünyasını dəyişdi

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. 55 yaşlı Fəxrəddin Abbasov idarə etdiyi “VAZ 21 011” markalı avtomobilin idarəetməsini itirib,  nəticədə maşın Seyfəlli kəndi ərazisindən keçən kanala düşüb. Sürücü boğularaq dünyasını dəyişib. FHN-in Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları əraziyə cəlb ediliblər. Onların səyi nəticəsində sürücününü meyiti və avtomobil sudan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.