• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1799
— 02.03.2017 14:26

Gəncə Dövlət Universitetində "İlin tələbəsi" layihəsinin qalibləri mükafatlandırılıb

KepezTV Player

Artıq 3-cü ildir keçirilən müsabiqədə tələbələr 5 - yaradıcılıq, təhsil, idman, fəal magistr və ictimai fəallıq nominasiyaları üzrə təltif olunurlar. “İlin tələbəsi” müsabiqəsi tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə keçirilir. Təhsil nominasiyası üzrə Göyüş Şəfizadə, idman nominasiyası üzrə Arzu Heydərov, yaradılcılıq nominasiya üzrə Nəzrin Rəsulova, ictimai fəalllıq nominasiyası üzrə Ulduza İsmayılova, Fəal magistr nominasiyası üzrə Elmin Məmmədtağıyev daha çox səs toplayaraq "İlin tələbəsi" adına layiq görülüblər. İki turdan ibarət olan müsabiqədə iştirak etmək üçün müraciət edən 1000-ə yaxın tələbədən 32-si namizəd olmaq imkanı qazanıb. 

Elmir Bağırov - GDU YAP Gənclər Birliyinin sədri: “İlin tələbəsi müsabiqəsi regionda ilk olaraq GDU keçirilibdir, artıq 3 ildir ki, davam edir.Müsabiqə 5 nominasiya üzrə keçirilir. Layihənin əsas məqsədi tələbələr arasında sağlam rəqabət yaratmaq, onların ictimai mühitə inteqrasiyasını təmin etməkdən ibarətdir”.

 

Gülnar Fazilqızı