• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1000
— 02.03.2017 14:40

Gəncədə əlilliyi olan insanların iştirakı ilə ictimai dinləmə təşkil olunub

KepezTV Player

"Azərbaycanda Vətəndaş Cəmiyyəti - Media - Hökumət və Özəl sektorun Səyləri ilə Hərəkət imkanları Məhdud İnsanların Yaşam Şəraitinin Yaxşılaşdırılması və Hüquqlarının Qorunmasının gücləndirilməsi" Gəncədə müzakirə edilib. Əlilliyi olan insanların iştirakı ilə təşkil olunan ictimai dinləmədə hərəkət imkanları məhdud şəxslərin məşğulluğunun təmin edilməsi məsələsinə də diqqət çəkilib. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, İqtisadi və Sosial İnkişaf Mərkəzinin reallaşdırdığı layihə çərçivəsində "Çağrı mərkəzi" də yaradılıb, indiyə qədər bu mərkəzə 110 müraciət olunub. Müraciət edən şəxslərə hüquqi yardım göstərilib, onların reabilitasiya və sosial problemləri ilə bağlı məsləhətlər verilib. 


Elmira İsmayılova- Əlil Qadınlar Cəmiyyəti Gəncə şəhər şöbəsinin sədri: “Əlilliyi olan insanların sosial həyatının yaxşılaşdırılması istiqamətində belə tədbirlərin mütəmadi olması vacibdir. Bu istiqamətdə artıq müəyyən uğurlar əldə olunub və bu istiqamətdə görüləcək işlər çoxdur”.

Valeh Əkbərov- II qrup Qarabağ əlili: “Bizim "Qarabağ ƏIilləri Cəmiyyəti" də bu cür qayğılarla əhatə olunub. Bu cür tədbirlərin keçirilməsini alqışlayıram. Gözəl, aktual mövzudur. Əllərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində müzakirələr aparıldı”.

Gülnar Fazilqızı