KepezTV Player
Fermerlər iddia edirlər ki, südçülükdə lazımi məhsuldarlıq əldə edilmir. Mütəxəssislər isə bunun səbəbini düzgün olmayan qidalanmayla əlaqələndirirlər. Qaba, sulu yemlə yanaşı, qüvvəli yem qarışıqlarından da istifadə olunmalıdır - deyən mütəxəssislər təsərrüfatların çoxunda buna əməl edilmədiyini deyirlər.
Suliddin Abbasov- mütəxəssis: “Bunun tərkibində sink, dəmir, kobalt, manqan, yod qarışığı var. Bunda isə A, D, E, C kimi vitaminlər var ki, onlar da südün məhsuldarlığını artırır. Bunun kq-ı 3 manatdır, 100 qr verəndə o deməkdir ki, heyvan başına 30 qəpik sərf olunur. 30 qəpiklə orta hesabla 3 kq süd artırırsan”.
Xəyalə Mürsəl
- Baxış: 776