• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 667
— 27.02.2017 20:00

Səyyad Aran Gəncə Dövlət Universitetində tələbələrlə görüşüb

KepezTV Player

“Tarixə nəzər saldıqda aydın olur ki, müxtəlif dövrlərdə nüfuzlu din xadimləri islam həmrəyliyi ilə bağlı çağırışlar ediblər. Lakin bu çağırışlar həm iqtisadi, həm də siyasi baxımdan öz təsdiqini tapmayıb. Tarixdə ilk dəfə olaraq bir dövlətin başçısı bir dövlətin adından islam həmrəyliyi ilə bağlı dünyaya müraciət edir". Bu fikirləri Dini qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran Gəncə Dövlət Universitetində tələbələrlə görüşü zamanı səsləndirib. Görüşün məqsədi 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunmasının əsas mahiyyətindən danışmaq, il ərzində həyata keçiriləcək tədbirlərin önəminə toxunmaq olub. Bu ilin “İslam Həmrəyliyi ili” elan olunması heç də təsadüfi deyil. Bunu 2016-cı ildə qeyd olunan  “Multikulturalizm ili”nin məntiqi davamı hesab etmək olar. Bu istiqamətdə görüşlər Respublikanın 50-ə yaxın şəhər və rayonunda təşkil olunacaq. Gəncədən sonra Səyyad Aran Goranboy sakinləri ilə görüşəcək.

Səyyad Aran - Dini qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin birinci müavini: “Bir sıra insanlar belə düşünür ki, “İslam Həmrəyliyi ili” dinlə bağlıdır. Bu qətiyyən belə deyil. Bu qərar yalnız islam həmrəyliyini özündə ehtiva etmir. Bu qərar islam ölkələri arasında iqtisadi, siyasi, mədəni və s. əlaqələrin də inkişafını nəzərdə tutur”.

Gülnar Fazilqızı