• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 994
— 27.02.2017 15:04

Gəncədə diaqnostik qiymətləndirmə zamanı qənaətbəxş nəticə göstərə bilməyən müəllimlər təlimlərə cəlb edilib

KepezTV Player

Əmək haqqına artım olunmasını istəyən pedaqoq 1 ay ərzində lazımi biliklərə yiyələnməlidir. 

Gəncənin iki orta  məktəbində təşkil edilən təlimlər Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi ilə Təhsil Nazirliyi arasında  bağlanan müqaviləyə əsasən keçirilir. İbtidai sinif üzrə 60, Azərbaycan dili və ədəbiyyatdan 180 və riyaziyyatdan isə 60 müəllimə müasir təlim metodları aşılanır. 

Gülnar Hüseynova- təlimçi: “Kursun sonunda müəllimlərə imtahan olacaq. 120 saat proqrama uyğun suallar veriləcək. Sertifikatlar veriləcək və həmin sertifikatlarda müəllimin topladığı bal yazılacaq. Məsələn, 100 baldan tutaq ki, 80 bal topladı. O müəllim adına olan “Timis” proqramına oturulacaq. Attestasiya mərhələsinə keçid edərkən müəllim diaqnostik qiymətləndirmədə topladığı bal, ixtisas artırmada toplanan bal nəzərə alınacaq”.

15 qrupda keçilən təlimlərdə iştirakçılara kurikulum tədris sistemi, fənn üzrə müasir tədris standartları izah olunur.  


Əminə Məmmədova- iştirakçı: “Biz burada onluq say sistemləri, mövqeyli mövqeysiz say sistemləri, onluq kəsirlərin toplanması, çıxılması, vurulmasını kurikulum sisteminə uyğun öyrənirik. Standartlar da verilib və bizə də bunu keçirlər”.

Qətibə Əzimova-iştirakçı: “Mən öz topladığım baldan qane olmadığım üçün bu kursda iştirak etmədiyimə görə  daha məmnunam. 41 bal toplamışdım, indi də tam əmin oluram ki, bu balı artıracam. Öyrəndiklərimə güvənirəm”.

Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmə Gəncədə 2015-ci ilin dekabrında keçirilib. Qiymətləndirmədə iştirak edən 3623 pedaqoqdan 1,5 faizi keçid balını toplaya bilməyib. Şəhər üzrə müəllimlərin 80 faizə yaxını isə diaqnostik qiymətləndirmədən 50 baldan yuxarı nəticə göstərib.

Elnur Vahidoğlu