• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2303
— 26.02.2017 16:03

Xocalılılar anım günü münasibətilə Ağcakənd qəsəbəsində yürüş etdilər

KepezTV Player

Goranboyun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşan xocalılılar da anım günü münasibətilə, qəsəbə ərazisində ucalan rəmzi "Gülüstan" qalasından yürüş etdilər. Sakinlər "Qarabağ bizimdir", "Biz torpaqlarımıza qayıdacağıq", "Serj Sarkisyan qatildir", "şəhidlərin qanı yerdə qalmayacaq" kimi şüarlar səsləndirərək 4 km yol qət ediblər. Yürüş Ağcakənd qəsəbəsində günahsız qurbanların xatirəsinə ucalan abidə önündə yekunlaşdı. İştirakçılar abidə qarşısına tər çiçəklər düzərək, soyqırıma məruz qalanların və şəhidlərin xatirəsini ehtiramla yad etdilər. 

 

Xaliq Qurbanlı