• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1069
— 24.02.2017 19:47

Dələduz yeniyetmələr iş başında yaxalandılar

KepezTV Player

Gəncliyin gözəl bir üzü, ixtiyarlığın gözəl bir ruhu var. Amma gənclikdə pis əməllərdən üzü qaralanlar ixtiyar çağlarında da heç şübhəsiz gözəl ruhdan məhrum olurlar. Əslində bu səhnənin təsəvvürü belə ürəkaçan deyil. Fəqət nə çoxdur gün ərzində ürək korluyub, həyata qaranlıq salan səhnələr. Bu dəfə yeniyetmələr əlbir olub oğurluqla gələcəklərinə qaranlıq saldılar.

Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşının vaxtında alınması sahəsində növbəti uğurlu tədbir həyata keçirilib. Belə ki, gecə saatlarında Masazır qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal tutucu qrupun əməkdaşları hadisə yerinə çıxıb. Obyektə baxış zamanı mağazanın qapısının, həmçinin dəmir barmaqlıqlarının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin şəxslər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Cavid Bədəlov - Abşeron RMİ-nin əməkdaşı: “Araşdırma zamanı məlum olub ki, oğurluğa cəhd göstərən şəxslər Laçın və Ağdam rayonlarından olan yeniyetmələrdir.İlkin araşdırma zamanı onlar Abşeron rayonu ərazisində 15 fərdi yaşayış evindən oğurluq etdiklərini də etiraf ediblər.Göstərilən faktla bağlı araşdırmalar və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
 

Zülfiyyə Telmanqızı