• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1773
— 24.02.2017 16:33

Gəncə WI-FI şəbəkəsində mövcud olan məhdudiyyətlər aradan qaldırılıb

KepezTV Player

2014-cü ildən fəaliyyətə başlayan Gəncə WI-FI şəbəkəsində artıq məhdudiyyətlər aradan qaldırılıb. Bunun nəticəsidir ki, istifadəçilərin sayı 10 dəfə artıb. Daha çox gənclər ictimai yerlərdə pulsuz internetdən yararlanır.

Ölkədə mövcud olan azad internetdən Gəncə və şəhər sakinləri pulsuz yararlanır. Şəhərin mərkəzi hissəsində, H.Əliyev park kompleksinin ərazisində, bulvarda 3 ilə yaxındır internetdən istifadə mümkündür. "Gəncə 2016 Avropanın Gənclər paytaxtı" titulunu qazananda öhdəliklərdən biri də gənclərin internetə çıxış imkanlarını yaxşılaşdırmaq idi.

Naqif Həmzəyev- millət vəkili: "Əgər 2014-cü ildə Gəncədə WI-FI-dan günlük 2-3- min gənc istifadə edirdisə bu gün artıq günlük 20-30 min istifadəçi var. Əgər əvvəllər orada müxtəlif məhdudiyyətlər vardısa bu gün o məhdudiyyətlər tamailə azaldılıb. Çünki zərərli istifadəçilər demək olar yox dərəcəsindədir. Biz orada meqabayt limitini də aradan qaldırmışıq. Video yükləmək, bəzi saytlara girişə qadağa aradan qaldırılıb".

Gəncə WI-FI şəbəkəsinə qoşulmaq üçün istifadəçi qeydiyyatdan keçməlidir. Bunun üçün açılan pəncərədə ad, soyad, təvəllüd, ünvan kimi bölmələri doldurmaq lazımdır. Bölmələr doldurulduqdan və təsdiq düyməsi basıldıqda istifadəçiyə şifrə verilir. Bundan sonra o özünün seçdiyi istifadəçi adı və ona verilən şifrə vasitəsilə şəbəkəyə daxil ola bilər.

Sorğu götürdüyümüz və sorğuda iştirak etməyən şəxslərin əksəriyyəti Gəncə WI-FI- dan xəbərsizdir. Ona görə yaxşı olardı ki, WI-FI olan ərazilərdə pulsuz internetin olması və qeydiyyatla bağlı məlumat lövhələri yerləşdirilsin. Bu "Simsiz internet şəbəkəsi" layihəsindən daha artıq istifadəçinin yararlanmasına şərait yaradar.

 

Gülnar Fazilqızı