• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1085
— 24.02.2017 16:17

Gəncə yazarlarının Xocalıya aid əsərləri kitab kimi çap olunacaq

KepezTV Player

Bu Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin “Yazarlar məclisinin” üzvlərinin “Xocalıya Ədalət” adlı tədbirində qərara alınıb.

Aydın Murovdağlı- şair-dramaturq: “Mən əsərlərimdə Xocalıda baş vermiş soyqırım hadisəsi nədən qaynaqlandı, səbəbi nə oldu, ümumiyyətlə dünya düzənində bunu ortalığa qoyan kimlər idi. bütün bu məsələlər öz əksini tapıb. Eyni zamanda xalqımızın başına gələn o faciənin hər tərəfli təsviri, tərənnümü də öz əksini tapıb”.

15 kitab müəllifi olan şair-dramaturq Aydın Murovdağlı 2 dram əsərində, eləcə də  1 poemada ermənilərin Xocalıda etdikləri soyqırımı geniş təsvir edib. Həmçinin yazarın yaradıcılığında 50-ə yaxın şeiri də məhz bu mövzuya həsr edilib. “Yazarlar məclisinin” üzvü olan Aydın Murovdağlı və Gəncənin digər yazarlarının  Xocalı soyqırımı haqqında yazdıqları yeni əsərləri kitab şəklində nəşr olunacaq.

Xəzangül Hüseynova- Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri: “Xocalı soyqırımı vaxtı həyatda olmayan, doğulmayan gənclərə Xocalı soyqırımını təfərrüatı ilə təbliğ edə bilək. Bu təbliğdə şairlərin, yazıçıların əsərləri ilə təbliğ olunacaq. Biz bilirik ki, yazıçıların əsərləri, yazarların yazdığı hekayələr, romanlar kimi tarixi düzgün əks etdirən heç bir məlumat yoxdu”.

“Yazarlar məclisi”nin toplantısında Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin “Gəncə qapısı” adlı jurnalının gələn nömrəsinin də Xocalıya həsr olunması qərara alınıb. 

Elnur Vahidoğlu