• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 861
— 24.02.2017 15:07

Xocalı soyqırımı qurbanlarının xatirəsi GDU və ADAU-da anılıb

KepezTV Player

“Xocalı qan yaddaşımızdır” mövzusunda keçirilən tədbirdə 613 nəfərin 1 gecədə qətlə yetirildiyi hadisənin üstündən 25 il ötməsinə baxmayaraq, dünya ictimaiyyətinin bu məsələdə konkret mövqe nümayiş etdirməməsi qınanılıb. Erməni qəddarlığını 10-dan çox ölkənin soyqırım kimi tanıması isə aparılan xarici siyasətin və informasiya müharibəsinin nəticəsi kimi təqdim edilib. Digər məcburi köçkünlər kimi Xocalıdan olanlar üçün də qəsəbələrin salındığı, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırıladığı vurğulanıb. Universitet təhsil alanlardan 801-i məcburi köçkün, onlardan da 46-ı Xocalı rayonundan olanlardır. 

Çinarə Hümbətova- tələbə: “Xocalı faciəsində şəhid verən ailələrdən biri də bizim ailədir. Əmim oğlanları və digər qohumlarım şəhid olub. Bu şəhidlər Azərbaycan oğullarıdır. Allah onlara rəhmət etsin, ruhları şad olsun. Onlar Xocalıda tökülən qanları ilə Azərbaycan, vətən sevgisi, şərəf sözlərini yazdılar. Elə sözlər ki, heç bir yağış onları yuyub apara bilməz. Çünki o sözlər minlərlə döyünən Azərbaycanlının qəlbinə yazılıb”.

Gülsüm Fətəliyeva- GDU-nun prorektoru: “Bütün fakültələrdə yazı-inşa müsabiqəsi, rəsm sərgisi eyni zamanda bir çox tədbirlər keçirilib. Bu isə həmin tədbirlərin davamı olaraq soyqırım qurbanlarının xatirəsinə böyük bir konfrans təşkil olunub”.

25 illik tarixin ağlasığmaz erməni vəhşiliyi Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim-tələbələri tərəfindən də pislənib. İnsanlığın faciəsi kimi dəyər alan Xocalı soyqırımının ermənilərin azərbaycanlılara qarşı növbəti qırğını kimi vurğulanıb. Kütləvi qətliamın baş vermə səbəbləri, Xocalının o dövrdə tamamilə başsız qalması, bu faciəyə, eləcə də Dağlıq Qarabağ məsələsinə ikili münasibətdən danışııb, hadisə şahidlərinin Xocalı ilə bağlı fikirləri dinlənilib. Universitet tələbələrinin hazırladığı “Xocalı bir millətin deyil, insanlığın faciəsidir” adlı kompozisiya bir anlıq hamını dəhşətli Xocalı gecəsinə qaytarıb.

Fərid Mehdizadə

Elnur Vahidoğlu