• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1675
— 24.02.2017 13:20

Gəncə polisi oğurluq edən şəhər sakinlərini saxlayıb

KepezTV Player

Gəncənin Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 10-da Gəncə şəhərindəki evlərdən birindən 50 manat pul və 3500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakinləri İbrahim Allahverdiyev və Kənan Əliyev tutulub, daha 1 nəfər isə müəyyən edilib. Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il oktyabrın 2-dən cari il fevralın 15-dək olan müddətdə şəhər ərazisindəki 9 evdən su mühərriki və su sayğacı, habelə Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətinə məxsus 3 subartezian quyusunu elektrik enerjisi ilə təmin edən 51 metr elektrik kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakini Mayıl Məmmədov da tutulub. Ətrafında aparılan tədbirlərlə onun şəhər ərazisindəki daha 1 evdən 100 metr elektrik naqili oğurlaması da müəyyən edilib.

 

Zülfiyyə Telmanqızı