• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 22.02.2017 14:54

Robert Sekuta Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə görüşüb

KepezTV Player

Xocalı sakinləri 25 il bundan öncə yaşadıqları dəhşəti ABŞ-ın Azərbaycandakı səfirinin diqqətinə çatdırıb. Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə görüşən Robert Sekuta 613 nəfərin qətlə yetirildiyi gecədə baş verənləri hadisə şahidlərinin dilindən eşidib. Diplomat qonaq edilən ailədə xocalılıların həyat şəraiti və onlar üçün yaradılan şərait barədə məlumatlandırılıb. Rayon ziyalıları ermənilərin törətdiyi soyqırımın dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasının vacibliyini səfirin diqqətinə çatdırıblar. Törədilən qətliamdan təsirləndiyini dilə gətirən Robert Sekuta görüşdən sonra qəsəbədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib. 

Robert Sekuta- ABŞ-ın Azərbaycandakı səfiri: “Xocalıdan olan məcburi köçkünlərlə görüşdə məqsədimiz bu hadisənin canlı şahidlərinin ağrı-acıları ilə bölüşməkdir. Bu sakinlərin həyatlarını davam etdirmək üçün ötən 25 il ərzində etdiklərini onların öz dilindən eşitdik, Xocalıda və münaqişə nəticəsində dünyasını dəyişənlərin xatirəsini andıq. Biz münaqişənin birdəfəlik, dinc yolla həlli üçün öz səylərimizi göstəririk”.

Ruhəngiz Hacızadə