• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 744
— 21.02.2017 23:34

Canavarla əlbəyaxa oldu, qalib çıxdı

KepezTV Player

Salyan rayonunun Quyçu kəndində canavar sakinə hücum edib. Belə ki, 36 yaşlı Vüsal Abbasov səhər saatlarında qoyunları  örüş sahəsinə buraxıb. Bir müddət sonra canavarın qoyun sürüsünə hücum etdiyini görüb. O, heyvanları yırtıcıdan xilas edən zaman canavar onun özünü yaralamağa çalışıb. Kənd sakini canavarı boğaraq oldürüb. Hadisə zamanı Vüsal Abbasov xəsarət almayıb.