• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1102
— 20.02.2017 12:34

Futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu turun oyunları keçirilib

Turun ilk oyunu gününün açılış matçında “İnter” və “Zirə” komandaları arasında baş tutub. Ötən mövsümün gümüş və bürünc mükafatçılarının üz-üzə gəldiyi paytaxt derbisində qələbə qazanan tərəf olmayıb. Komandalar arasında cari mövsümdə keçirilən sayca 3-cü oyun da eynihesablı bərabərliklə nəticələnib. 1-1. İlk yarıda Denis Silva öz qapısına vurduğu qolla qonaqları sevindirsə də, fasilədən sonra Rauf Əliyev bərabərliyi təmin edə bilib. Matçın sonralarına doğru qəsəbə klubunun qapıçısı Anar Nəzirov qırmızı vərəqə alıb, komandasını azlıqda qoysa da, “İnter” bundan istifadə edə bilməyib.

Günün ikinci oyununda ən zəngin tarixə malik iki komanda “Neftçi” və “Kəpəz” paytaxtda qarşılaşıblar. Turnir cədvəlinin aşağılarında qonşu olan komandalar qol vurmaq üçün bütün səylərə baxmayaraq tarixi derbini heç-heçə başa vurublar. Qış fasiləsində yenilənən Elxan Abdullayevin komandası ardıcıl 3-cü qələbəsini qazana bilməyib. Matçda hesab açılmayıb. “Kəpəz” isə qış fasiləsindən sonra ilk dəfə xal qazanması yadda qalıb. 

Turun son oyun günündə daha iki qarşılaşma baş tutub. Gənclik şəhərinin eyniadlı komandası evdə autsayder Azalı sınağa çəkib. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə nəticələnib. 13-cü dəqiqədə Yusif Nəbiyevin vurduğu qol "kimyaçılar"a qələbə üçün bəs edib.

 

Həftənin mərkəzi görüşündə Qəbələdə yerli komandayla Qarabağ arasında oynanılıb. Böyük maraq doğuran oyunda ilk yarım saatın tamamında hesab açılıb. Sergey Zenyov rəqib qapısına yol taparaq Qəbələ azarkeşlərini sevindirib. Bu nəticəylə barışmayan ağdamlılar ikinci hissədə bərabərlik qolunu vurmaq üçün irəli atılsa da, bunu bacarmayıb. Əvəzində 70-ci dəqiqədə müdafiədəki ani səhv qonaqları qapısından ikinci topu çıxarmağa məcbur edib. Filip Ozobiç qapıçı ilə dueldən qalib ayrılaraq hesab arasındakı fərqi ikiyə çıxarıb. Bu qol həm də oyunun nəticəsini müəyyənləşdirib. Qəbələ 2- Qarabağ 0. Əyalət təmsilçisi aktivinə yazdırdığı 3 xalla turnir cədvəlində liderliyə yüksəlib.

 

Azərbaycan Premyer Liqası

19-cu tur

 

18 fevral

 

“Neftçi” – “Kəpəz” - 0:0

 

“İnter” – “Zirə” - 1:1

Qollar: Rauf Əliyev, 47 - Deniz Silva, 40 (avtoqol)

 

19 fevral (bazar)


 

17:30.“Qəbələ” – “Qarabağ” - 2:0 

Qol: 
Sergey Zenyov, 29, Filip Ozobiç, 69


15:30.“Sumqayıt” - AZAL - 1:0 
Qol: 
Yusif Nəbiyev, 13


 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qəbələ

19

12

6

1

38-10

42

2

Qarabağ

19

13

3

3

32-10

42

3

İnter

19

8

9

2

30-19

33

4

Sumqayıt

19

6

7

6

20-23

25

5

Zirə

19

6

5

8

17-21

23

6

Neftçi

19

5

2

12

14-33

17

7

Kəpəz

19

3

7

9

12-22

16

8

AZAL

19

1

5

13

8-33

8


Bombardirlər:  Filip Ozobiç ("Qəbələ") - 11 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol

 

 

Orxan Cəfərzadə