• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2208
— 20.02.2017 13:13

Gürcüstan vətəndaşları Bakıda bıçaqlandı

KepezTV Player

Paytaxtda, metronun “Koroğlu” stansiyasının yaxınlığında kütləvi dava olub. 3 Gürcüstan vətəndaşı olan yaxın qohumlar - 27 yaşlı Musa İsmayılov, 22 yaşlı Səxavət Mirzəliyev və 25 yaşlı İbrahim Məmmədov bıçaqlanıb. Mirzəliyevə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Digər qohumlar isə əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə məlumat verilib. Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, hər iki şəxs 8-ci km qəsəbəsində yerləşən maşın bazarında avtomobillərin üzlükərinin dəyişdirilməsi ilə məşğul olurlar. Hadisə onlar işdən çıxandan sonra baş verib. Hadisəni törədən şəxslərin müəyyənləşdirilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Zülfiyyə Telmanqızı