• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 833
— 20.02.2017 09:58

232 saatını sərf edərək Apple Campus 2 binasını Minecraft oyununda yaratdı

Aleks Vesterlund adlı videoblogger, "Apple” şirkətinin yeni kampusu Apple Campus 2-ni Minecraft oyununda uçan boşqab tərzində yaradıb. O, öz yaratdığı şah əsərinin bütün detallarını əks etdirən videonu, YouTube kanalında təqdim edib. Videoda şirkətin üzük formasında olan yeni kampusu əks olunub. Aleksin yaratdığı kampus, uzaq gələcəkdən gəlmiş hansısa kosmik gəmiyə bənzəyir. Yeni kampusun dizaynını vaxtı ilə Stiv Cobs  təqdim etmişdi. Videoblogger tərəfindən yaradılmış maket, özündə şirkətin Kupertinoda yerləşən baş ofis binasını, yeraltı dayanacağı, fitnes mərkəzi, konfrans zalı və digər yerləri birləşdirir. 4 mərtəbəli kampusun dəqiq oxşarını yaratmaq üçün Aleks, 232 saatını sərf edib. Şirkətin baş ofis binasının daxili dizaynı da diqqətsiz qalmayıb. Apple Campus 2-nin tikintisinə gəldikdə, obyekt bu ilin sonunda hazır olacaq. Real binanın ümumi sahəsi 120.000 kvadrat metrdir.

 

Cavanşir Məmmədzadə