• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 885
— 18.02.2017 12:58

Millimizin üzvü üçün uğursuz tur

Türkiyə Superliqasının 21-ci turu çərçivəsində millimizin futbolçusu Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" səfərdə Kayserisporun qonağı olub. Yılmaz start heyətdə yer alsa da, qarşılaşma nə o, nə də komandası üçün yaxşı keçməyib.  Belə ki, 20-ci dəqiqədə rəqib oyunçuya qarşı təhlükəli hərəkətə görə Dəniz birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Görüşə gəlincə isə 10 nəfərlə oyuna davam etməli olan bursalılar qapısından iki cavabsız qol buraxaraq məğlub olublar. 49-cü dəqiqədə Velliton, 79-cu dəqiqədə isə Rotman fərqlənərək Kayserispora 3 xal qazandırıb.

 

Orxan Cəfərzadə