• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1759
— 18.02.2017 13:23

Dünya Kubokunda bürünc

İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışlarına yekun vurulub. Bağlanış günü yarımqrupun son görüşünü komandamız ABŞ idmançılarına qarşı keçirib. Ümumi hesab 4:4 olsa da, texniki xallara görə 20:14 üstün olan rəqib güləşçilər finala yüksəlib. 74 kq çəki dərəcəsində hesabda öndə olan güləşçimiz Murad Süleymanova hakimlər tərəfindən qeyri-obyektiv qərarlar nəticəsində texniki məğlubiyyət verilib. 

Yığmamız  digər yarımqrupun ikincisi olan Türkiyə komandası ilə 3-cü yer uğrunda həlledici görüşə çıxıb. Rəqibə 7:1 hesabıyla qalib gələn güləşçilərimiz Dünya Kubokunu 3-cü sırada tamamlayıb və bürünc medala sahib olub.

 

Azərbaycan - ABŞ 4:4 (14-20)

57 kq - Georgi Edişeraşvili - Antoni Ramos 3:2
61 kq - Əli Rəhimzadə - Logan Stieber 11:12
65 kq - Hacı Əliyev - Frank Molinaro 4:1
70 kq - David Suynuçxanov - James Green 0:10
74 kq - Murad Süleymanov - Jorcan Burroughs 5:4 (texniki məğlubiyyət)
86 kq - Şərif Şərifov - David Taylor III 2:12 
97 kq - Aslanbek Alborov - Kyle Snyder 5:4
125 kq - Cəmaləddin Məhəmmədov - Nicholas Gviazdovski 3:1

Bürünc medal görüşü 

Azərbaycan - Türkiyə 7:1

57 kq - Georgi Edişeraşvili - Sezer Akgül 8:7
61 kq - Əli Rəhimzadə - Cengizhan Erdoğan 3:0
65 kq - Hacı Əliyev - Safa Aksoy 12:2
70 kq - David Suynuçxanov - Yakup Gör 2:10
74 kq - Murad Süleymanov - İslam Kılıç 5:0
86 kq - Şərif Şərifov - Selim Yaşar 2:1
97 kq - Aslanbek Alborov - Faruk Akkoyun 9:1
125 kq - Cəmaləddin Məhəmmədov - Salim Ercan 4:0 (tuşe)

 

 

Orxan Cəfərzadə