• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1247
— 18.02.2017 10:02

Skype-a rəqib gəlir

İri onlayn-riteyler Amazon, özündə səsli və görüntülü zənglər, messencer və görüş təşkilatçısı funksiyalarını birləşdirən Chime proqramını təqdim edib. Amazon Web Services tərkibinə daxil olan yeni proqram, istifadəçilər arasında rabitəni asanlaşdıracaq. Chime korporativ bazar üçün hesablanıb. “Sıfırdan” yığılmış proqram mobil cihazlarla stasionar kompüterlər arasında keçidi yüngülləşdirir. Əgər istifadəçi iş görüşünə tələsirsə, o zaman qısa zamanda bildiriş göndərə bilər. Bunun üçün o, üç statusdan birini seçməlidir: “məşğuldur”, “şəbəkədədir” ya da “burada deyil”. İstifadəçinin həmçinin həmsöhbətinə ekranda nələrin baş verdiyi göstərmək, hətta söhbət iştirakçılarından birinin mikrofonunu səssiz etmək imkanı da var. Şirkət müştərilərinə biznes üçün elektron poçt və WorkMail təqvimi, eləcə də virtualizasiya üçün WorkSpaces xidmətini də təklif edir. Chime Android və iOS cihazlarında, “mak” və Windows-kompüterlərdə dəstəklənir. Proqramdan 30 gün müddətinə ödənişsiz istifadə etmək olar. Bundan sonra isə tarif planına uyğun hərəkət edilməlidir. Cəmi iki həmsöhbəti tanıyan və qeyd olunan funksiyalardan məhrum olan Basic Edition versiyası pulsuzdur. Plus Edition versiyası isə hər yeni istifadəçiyə görə aylıq 2,50 dollar tələb edir, Pro Edition-a gəldikdə, burada Chime proqramının bütün funksiyaları keçərlidir, qiymət isə aylıq 15 dollardır.

 

Cavanşir Məmmədzadə