• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2515
— 16.02.2017 15:39

Ağartı məhsullarını alarkən və saxlarkən diqqətli olun!

KepezTV Player

Mütəxəssislər ağartı məhsullarını hardan gəldi yox, yalnız bazarda etibar etdiyi satıcıdan və marketlərdən almağı tövsiyə edirlər. Çünki, baytar-sanitar nəzarətindən keçməyən süd və süd məhsulları sağlamlıq üçün təhlükəlidir. Əsasən də qatıq və südün saxlandığı qablara diqqət yetirmək vacibdir. Bəzən adıçəkilən məhsullar alıcılara alüminium qazanlarda və ya təkrar istifadəsi məsləhət görülməyən plastik qablarda təklif edilir. 


Almaz Tomiyeva- GEM-in şöbə müdiri: “Alüminium, mis qablarda təhlükəlidir. Heç plastik qablarda da gigiyenik cəhətdən düzgün deyil. Çünki, həmin qablar kimyəvi maddələrdən hazırlanır. Plastikdə olan rəng qarışacağı var, hamı müşahidə edə bilər ki, xörək töküb saxlasalar, bir müddət sonra qabın rəngi dəyişəcək”.

Xəyalə Mürsəl