• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1570
— 15.02.2017 17:16

Şəmkir 2016- cı ili uğurla başa vurub

KepezTV Player

Respublikada ilk dəfə Şəmkirdə bələdiyyə institutları tərəfindən emal və istehsal müəssisələrinin yaradılması rayonda məhsul buraxılışının həcminin artmasına, əhalinin məşğulluğunun təminatına və investisiya mühitinin yaxşılaşmasına şərait yaradıb. “Şəmkir Aqropark”ın ərazisində sənaye zonasının salınması, yeni istehsal və satış məntəqələrinin istifadəyə verilməsi rayon iqtisadiyyatında mühüm rol oynayır. Ötən ilin yekunlarının müzakirə edildiyi toplantıda Şəmkir Elektrik Şəbəkəsi və Xalça Fabriki üçün binanın tikintisi, Kür qəsəbəsində xəstəxananın əsaslı təmiri, 100 yerlik uşaq bağçası-körpələr evinin inşasının davam etdiyi vurğulanıb. Rayonda ilk dəfə əkilən şəkər çuğunduru sahələrinin 2 min hektara çatdırılması nəzərdə tutulub. Hesabat yığıncağında növbəti il üçün yeni hədəflər müəyyən edilib. Mövcud nöqsanların aradan qalıdırılması üçün aidiyyəti struktur rəhbərlərinə tapşırıqlar verilib.

Natiq Hüseyn