Qədim Gəncənin ipək yolu üzərində yerləşməsi bu şəhərin region üçün mühüm əhəmiyyətindən xəbər verir. Tarix boyu mədəniyyət, ticarət və siyasət mərkəzi kimi inkişaf edən şəhərdə "Beynəlxalq İpək Yolu" gənclər təşkilatının gənclərlə görüşündə bu fikirlər səsləndirilib. 2012-ci ildə təşkilat İpək Yolu üzərində yerləşən 25 ölkənin xarici işlər nazirlərinin təşəbbüsü ilə yaradılıb və quruma rəhbərlik Azərbaycana həvalə olunub. 4 ildir fəaliyyət göstərən Gənclər təşkilatı Böyük İpək Yolu üzərindəki xalqların iqtisadi, mədəni, siyasi inkişafında, diplomatik əlaqələrin qurulmasında əvəzedilməz rol oynayır. Tədbirdə BMT-nin və Azərbaycan dövlətinin prinsiplərindən biri olan mədəniyyətlərarası və dinlərarası dialoqdan da söz açılıb.
Heydər Atayev- "Beynəlxalq İpək Yolu" Gənclər Təşkilatının sədr müavini: “Təşkilatımız müxtəlif ölkələrdə xüsusən də üzv ölkələrdə gənclərlə bağlı müxtəlif səpkili tədbirlər həyata keçirir. O cümlədən, Azərbaycanın bölgələrində də bu tədbirlər keçirilməkdə davam edir. Bu gün Gəncədəyik, bu şəhərin çox böyük bir tarixi var. İpək Yolu üzərində yerləşdiyinə görə də bu tarix yaşamaqdadır. Bu mövzuda tədbir keçiririk və gənclərə bu haqda ətraflı məlumat veriləcək”.
Xaliq Qurbanlı
- Baxış: 449