• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1865
— 14.02.2017 15:56

ADAU-da icra ediləcək yeni layihə aqrar sahə üzrə mütəxəssislərin yetişdirilməsinə istiqamətlənib

KepezTV Player

Azərbaycanda aqrar sahə iqtisadiyyatın əsas istiqamətlərindən biri sayılır. Ancaq bu sahə üzrə mütəxəssislərin yetərli sayda olmaması təəssüf doğurur. Bunu kənd təsərrüfatı üzrə ixtisaslı kadr hazırlayan yeganə təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universitetinin qəbul nəticələri də təsdiq edir. Elə bunu əsas hesab edən ali məktəb icra etdiyi layihə ilə bu boşluğu aradan qaldırmağı hədəfləyib. 

Elvina İsmayılova- 10-cu sinif şagirdi: "Əvvəllər 5-ci qrupa dizaynlıq üzrə sənədlərimi vermək istəyirdim. Ancaq Aqrar Universitetlə tanış olduqdan sonra fikrimi qəti şəkildə dəyişdim. Fikirləşdim ki, mən elə bu universitetdə oxumalıyam. Oranın kitabxanası, idman salonu ilə, yəni Aqrar Universiteti çox yaxından tanıdıqdan sonra oranın əczaçılıq fakültəsinə daxil olmaq istəyirəm. İnşallah arzuma çataram. Bunun üçün öz üzərimdə işləyirəm".  

Elvina kimi Gəncənin 20 məktəbindən yuxarı sinif şagirdləri ADAU-nun "Universiteti tanıdaq" layihəsi çərçivəsində ali təhsil ocağı ilə yaxından tanış olmaq imkanı qazanıb. Ətraf rayonların məktəbliləri üçün də belə şərait yaradılıb. 

Fəxrəddin Yusifov- layihənin üzvü: "Rayonun 8 məktəbində görüşlər keçirdik. Görüşlərdə əsasən 10-11 sinif şagirdləri iştirak edirdi. Bu layihənin də önəmi ondan ibarətdir ki, abituriyentlər ucqar kənd yerlərində hansı ki, bu sahədə onların maarifləndirilməsi yoxdur, aparılan bu işlər imkan verir ki, abituriyentləri Universitet barədə geniş məlumatla tanış edək və mən hiss edirəm ki, gələcəkdə universitetdə tələbə qəbulunun sayı artacaq. Gələcəkdə aqrar sahənin inkişafında yeni ixtisasların açılması böyük önəm kəsb edəcək".

Kənd təsərrüfatı üzrə mütəxəssislərə olan tələbatı ödəmək üçün görülən işlərin nəticəsidir ki, ADAU-nu seçənlərin sayı ötən tədris ili ilə müqayisədə bu il 949-dan 1170-ə qalxıb. Universiteti seçən tələbələr yalnız onlar üçün edilən imtiyazlardan istifadə edə bilər. 

Telman Musayev- ADAU-nun sənəd qəbulu komissiyasının məsul katibi: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yalnız ADAU-da 12 ixtisas imtiyazlı ixtisaslardır. Yəni yalnız dövlət sifarişi ilə olan ixtisaslardır. Burada imtiyazlar nədən ibarətdir? Abituriyentlərin universitetə qəbul olanda müsabiqə balı 150-dir və yalnız dövlət sifarişli ixtisaslardır. Tələbələr burada ödəniş haqqından azaddır. Təqaüd alacaqlar".

Şagirdlərinin aqrar sahəyə marağını artırmaq məqsədilə ölkə üzrə seçilmiş 36 rayondan 30-da məktəblilərlə görüşlər keçirilib.

Jalə Qurbanova