• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1770
— 13.02.2017 15:42

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl və Samuxda çalışan əməkdaşları bu gün peşə bayramlarını qeyd edir

KepezTV Player

5 il öncə yaradılan qurumun bir qrup əməkdaşı bu münasibətlə mükafatlandırılıb.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinin əməkdaşları peşə bayramı münasibətiylə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edib, torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının məzarları önünə tər qərənfillər düzüblər. Xidmətin 5 illik fəaliyyətinə həsr edilən filmin nümayişi ilə başlayan tədbirdə gənclərin bölgü üzrə hərbi hissələrə rahat və təhlükəsiz çatdırılmasının təmin edildiyi, ordudan yayınma hallarına rast gəlinmədiyini diqqət çəkilib. Çağırışçıların xidmət yerlərini vaxtından əvvəl bilmələri isə şəffaflığın təminatına xidmət edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Göygöldə çalışan əməkdaşları üçün yeni binanın inşası isə onların iş şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Yığıncaqda bir qrup əməkdaşa fəxri fərman və mükafat təqdim olunub. Eyni zamanda rayonda hərbi çağırışın uğurla yerinə yetirilməsində əməyi olan ayrı-ayrı qurumların əməkdaşları da mükafatlandırılıb.

Samux rayonunda peşə bayramı ulu öndər Heydər Əliyevin büstünü ziyarət və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətini əks etdirən filmə baxışla başlayıb. Silahlı Qüvvələrin möhkəmləndirilməsində xidmətin rolu, rayonda gənclərin hərbi vətənpərlik ruhunda böyüməsi üçün görülən işlər müzakirə edilib. Ordu sıralarına yola salınan gənclərin böyük ruh yüksəkliyi ilə xidmət keçmələri müsbət hal kimi dəyərləndirilib. Tədbirdə xidmətin bir qrup əməkdaşı fəxri fərmanla mükafatlandırılıb. Milli qəhrəman Elton İsgəndərovun atası Xaləddin İsgəndərov, eləcə də aprel döyüşlərində şücayət göstərən gənclərdən bir qrupu orden və medallarla təltif edilib. 

Natiq Hüseyn