• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 11.02.2017 16:09

Sürücülərin qış aylarında bəzi ehtiyat tədbirlərinə əməl etməməsi təhlükə doğurur

KepezTV Player

Qarlı və şaxtalı keçən hava yola çıxan sürücüləri də tədbirli olmağa sövq edir. Avtomobilini mövsümə uyğun hazırlayıb yola çıxanları belə hava qorxutmur. Lakin bəzi sürücülərin buna əməl etməməsi təhlükə yarada bilər.

 Qasım Qasımov -sürücü: “Əsas təkərlərdi bildiyiniz kimi. Mən də qış təkərləri qoymuşam enli, “şpor”lu, özünüz də baxa bilərsiniz. Sonra maşının içərisinin qızdırıcılarıdı, əyləc sistemidi, hamısını yeniləmişəm”.

Ayaz Rzayev -sürücü: “Təkərləri yeniləmişik, don olmasın deyə suyu dəyişib “tasol” tökmüşəm, yağını yenəliyib qış yağı tökmüşəm, bu kimi tədbirlər görmüşəm”.

Görülən tədbirlər sırf təhlükəsizlik baxımından atılan addımlardır. Qəzaların baş verməməsi və yolda qalmamaq üçün əsas görüləcək işin təkərlərlə bağlı olduğu deyilir. Təkər satışı məntəqələrində alver bu baxımdan pis getmir.

Ramil Allahverdiyev -satıcı: “Qış mövsümü girəndən həm rezin təkərlərimiz həmdə zincirlərimizin çox yüksək satışı olub. Əsasəndə dağ rayonlarından gələn sürücülər rezin təkərlərə üstünlük verirlər”.

Lakin sürücülərin heç də hamısı təkərləri mövsümə uyğunlaşdırmadan yola çıxır. Belə olan halda əməl edilməsi vacib olan bəzi məqamlar var.

Vaqif Əliyev -təkər təmirçisi: “İmkan yoxdur təzə təkər almağa, heç olmasa təkərin havasını buraxmalıdır. İstər arxa təkər olsun, istər qabaq təkər havasını 1,5 atmosferə salmaq lazımdır. Belə olanda maşının sürüşməsinin qarşısını almaq olur”.

 Avtomobil ustaları qışda anti-frizə, şüşə suyu və siləcək rezinlərə, əyləc və qaz “pedalları”na, işıqlandırma sistemi və lampaların idarəsinə nəzarəti də vacib sayır. Ən əsası da mühərriki hərəkətə gətirən kimi avtomobili sürmək məsləhət görülmür.
 

Elton Cabbarlı